Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu “mövzusunda “Dəyirmi Masa”

07 noyabr 2013 | 16:00

Bu gün ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin  əsas parametrlərindən birini təşkil edən əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Dövlət Məşğulluq Xidməti Orqanlarının əsas fəaliyyət istiqamətini təşkil edir.Məşğulluq Xidməti Orqanları fəaliyyətində işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması məqsədilə daha çox aktiv məşğulluq tədbirlərinin; işədüzəltmə,”Əmək Yarmarkaları”,peşə hazırlığı ,haqqı ödənilən ictimai işlərin təşkilinə və həyata keçirilməsinə üstünlük verir. Aktiv məşğulluq tədbirlərinin effektiv həyata keçirilməsi isə birbaşa işəgötürənlərin Məşğulluq Xidməti orqanları ilə fəal tərəfdaşlığından asılıdır. Bunu nəzərə alaraq hər il olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanının və Rayon İcra Hakimiyyətinin dəstəyi,  Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələrini cəlb etməklə  “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu ” mövzusunda  “Dəyirmi Masa” təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Qəbələ rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov gündəlikdə duran məsələlər ətrafında geniş açıqlama verərək , məşğulluq və işsizzlik problemi, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məsələləri, mövcud problemlər və onların aradan qaldırılması istiqamətləri , dövlət məşğulluq siyasəyinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlərə aydınlıq gətirdi.E.Səlimov dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işə götürənlərin hüquq və vəzifələrinin Azərbaycan Respublikasının “ Əmək Məcəlləsi”  və “ Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini  qeyd edərək qanunun müvafiq maddələrinə açıqlama verdi. O, həmçinin işəgötürənlərin Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formalar üzrə Məşğulluq Mərkəzinə vaxtlı-vaxtında məlumatların təqdim olunmamasına görə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsində” nəzərdə tutulmuş cərimələr haqqında geniş məlumat verdi. Natiq həmçinin rayon əhalisinin səmərəli məşğulluğunun təmin olunmasında Məşğulluq Mərkəzi tərəfindən görülmüş işlər məşğulluq və işsizlik səviyyəsi , məşğul əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsü barədə geniş məlumat verərək işəgötürənlərin Mərkəzlə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində vacib olduğu qədər, işəgötürənlərin də vaxtında və yüksək ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsindəki rolunu vurğuladı. Tədbirdə Qəbələ Quşçuluq ASC-nin kadrlar şöbəsinin müdiri Şahsoltan Şəkərxanov, Təhsil Şöbəsinin nümayəndəsi Nüsrət Nuruyev, Qəbələ Müalicə Diaqnostika Mərkəzinin kadrlar şöbəsinin müdiri Mahir Kərimxanov, Peşə məktəbinin kadrlar üzrə mütəxəssisi Ofelya Manafova , Baytarlıq İdarəsinin baş mühasibi Mustafa Əhmədov çıxış edərək Mərkəzlə əlaqələrin gücləndirilməsinin, işəgötürənlərin lazımi məlumatları vaxtı vaxtında Mərkəzə təqdim etməsinin o, cümlədən dəyirmi masaların keçirilməsinin əhəmiyyətindən danışdılar.

Keçidlər